Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
Şakira xəstəxanaya yerləşdirildi

Dünyaşöhrətli müğənni Şakira xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” “Hello Magazine” nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun mədə ağrısından ciddi şəkildə əziyyət çəkməsi olub.
Nəticədə Şakiranın Perunun Lima şəhərində fevralın 16-na planlaşdırılan konserti ləğv edilib.
Müğənni bununla bağlı sosial şəbəkə hesabında da paylaşım edib:
“Təəssüf ki, qarın nahiyəmdəki problemə görə dünən gecə təcili yardıma getməli oldum və hazırda xəstəxanadayam. Həkimlər dedilər ki, bu axşam səhnəyə çıxacaq qədər yaxşı deyiləm, buna görə də çox kədərlənirəm. Peruda pərəstişkarlarımla yenidən görüşməyi səbirsizliklə gözləyirdim. Ümid edirəm ki, sabah daha yaxşı olub tez bir zamanda xəstəxanadan çıxacağam və sizin üçün hazırladığım şounu təqdim edəcəyəm”.
























































