Bakı şəhəri 335 nömrəli tam orta məktəbdə I yarımili uğurla başa vuran şagirdlər təltif olundu
Bakı şəhəri 335 nömrəli tam orta məktəbdə I yarımili uğurla başa vuran şagirdlər təltif olundu
Təhsil cəmiyyətin inkişafında mühüm rol oynayan əsas amillərdən biridir. Gənc nəslin bilikli, savadlı və vətənpərvər ruhda yetişməsi hər bir dövlətin əsas prioritetlərindən biridir. Azərbaycan Respublikasında təhsilin keyfiyyətinin yüksəldilməsi, istedadlı və çalışqan şagirdlərin stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət daşıyır. Bu çərçivədə ölkəmizin müxtəlif təhsil müəssisələrində əlaçılar və nümunəvi şagirdlər daim təltif edilir, onların nailiyyətləri yüksək qiymətləndirilir.
Bu günlərdə Bakının nüfuzlu təhsil ocaqlarından biri olan 335 nömrəli tam orta məktəbdə də belə bir təşəbbüs həyata keçirildi. Məktəbin direktor vəzifəsini icra edən Aynurə Nəzərli I yarımili yüksək nəticələrlə başa vuran şagirdləri təltif etdi. Bu təşəbbüs məktəbdə oxuyan yüzlərlə şagird üçün motivasiya mənbəyi olmaqla yanaşı, onların gələcəkdə daha böyük uğurlar qazanmasına təkan verəcək.
Mükafatlandırma mərasimində məktəbin müəllim heyəti, valideynlər və bir sıra qonaqlar iştirak edirdi. Tədbirdə çıxış edən Aynurə Nəzərli qeyd etdi ki, şagirdlərin uğurlu nəticələr əldə etməsi onların yalnız fərdi əzmkarlığı ilə deyil, eyni zamanda, müəllimlərin gərgin və fədakar əməyi ilə bağlıdır. O, təhsil işçilərinin məktəbin uğurlarında mühüm rol oynadığını vurğuladı və onların əməyini yüksək qiymətləndirdi.
Təltif olunanlar sırasında "Ulusestv.az" xəbər portalının rəhbəri Şamil müəllimin nəvələri Emil və Aysu da yer aldı. Onların yüksək nəticələr əldə etməsi ailələri üçün böyük qürur mənbəyidir. Bu, həm də göstərir ki, təhsilə verilən diqqət və valideyn qayğısı övladların gələcəyinə birbaşa təsir edir.
335 nömrəli tam orta məktəbdə mükafatlandırılan bütün şagirdlərə növbəti yarımildə və gələcək illərdə daha böyük nailiyyətlər arzulayırıq. Onların hər biri gələcəkdə cəmiyyətin müxtəlif sahələrində uğurlu karyera quraraq, ölkəmizin inkişafına töhfə verəcək potensiala sahibdir. Əminik ki, bu cür təşəbbüslər davamlı xarakter daşıyacaq və şagirdlərin daha böyük həvəslə təhsil almalarına stimul verəcək.
Fərid Faiqoğlu
AJB-nin üzvü