Xəbər Lenti
9-03-2026, 08:52
Türkiyə Şimali Kiprə 6 F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirdi
7-03-2026, 19:30
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib
7-03-2026, 18:07
Tramp İranı hədələdi, Mərkəzi Komandanlıq dəhşətli silahın GÖRÜNTÜLƏRİNİ yaydı - VİDEO
7-03-2026, 10:28
Oğlunu Azərbaycana sürgün edən amansız Hörmüz - İndi dünyanın ürəyi orada döyünür...
Sovet dövrünün "Şeyx Nəsrullahları" peyda olub - Aqşin Yenisey

"Kişilərin və kişiliyin Qərb konyukturasıyla gözdən salındığı dövrdə birdən-birə "23 fevral"ın yada salınması təsadüfən gündəmə gələn bir ideya ola bilməz".
Bunu Qaynarinfo-ya açıqlamasında şair Aqşin Yenisey Bakıda bəzi restoranlarda 23 fevral-Kişilər Günü kimi qeyd olunacağı ilə bağlı tədbirlərdən danışarkən deyib.
Şair bildirib ki, bu məsələdə hədiyyə verənlərə yox, hədiyyəni alıb 23 fevralda özünü kişi hesab edənlərin kimliyinə baxmaq lazımdır:
"Bu kişiliyin müstəqil Azərbaycan tarixində nə işə yaradığını gözdən keçirmək lazımdır. Onda çox şey aydın olacaq".
Aqşin Yenisey son günlər, ümumiyyətlə, sovet dövrünün "Şeyx Nəsrullahları"nın peyda olduğunu vurğulayıb:
"Hərəsi öz sahəsində o dövrün artıq heç kimə və heç nəyə yaramayan, funksionallığını itirmiş dəyərlərini tənqiddən qorumaqla, özlərini bolşevik keçmişə sipər etməklə məşğuldurlar. Görünür, müstəmləkə keçmişini yenidən idxal etmək istəyən xüsusi muzdur dəstələrinə pul və göstəriş verilib”.
Bahar Rüstəmli























































