
Abdin Fərzəliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz döyüş meydanında düşmən üzərində qələbə qazandıqdan sonra ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu, Qarabağa həyat yenidən qayıtdı. İşğaldan azad olunan şəhər və kəndlərimiz bir-birinin ardınca surətli şəkildə bərpa olunur, soydaşlarımız böyük sevinclə öz yurdlarına geri dönürlər.
RİH başçısı Abşeron rayonunda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri barəsində ətraflı məlumat verib, o cümlədən düşmən üzərində şanlı qələbə qazandığımız Vətən Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin daima yaşadılması istiqamətində müxtəlif tədbirlərin həyata keçirildiyini, onların ailə üzvlərinə diqqət və qayğının göstərildiyini qeyd edib.
Daha sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək ona göstərilən etimadi görə yeni seçilən tərkibə minnətdarlığını bildirib, rayon rəhbərliyinə fəaliyyət göstərəcəkləri müddətdə əllərindən gələni edəcəklərinə söz verib, rayon ictimaiyyəti ilə RİH arasında körpü rolunu oynamağa çalışacaqlarını qeyd edib.
X.İsmayılova İctimai Şuranın fəaliyyəti və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib.