Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
Ağsu rayonunun Ərəbuşağı-Ağalarbəyli kəndlərinin girişində vətənpərvər İlham Ağayev Zəfər Tağı inşa etdirib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 Vətən Müharibəsində qazanılan Böyük Zəfər xalqımızın sevincinə səbəb olubdur. Hər bir vətəndaş Böyük Qələbədən ruhlanaraq çalışır ki, Vətən Müharibəsində həlak olan şəhidlərin əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə savab işlər görsünlər.
AVMVİB-nin Binəqədi rayon şöbəsinin sədr müavini, Ağsu rayonu Ərəbuşağı kənd saklni vətən sevdalı İlham Ağayev belələrindən biridir. O, öz müsahibəsində bildirib: Oğlum İlxas Ağayev Vətən torpaqlarımızın müdafiəsində fəal iştirak edib. O, Şəhidlərin-Şahididir. Oğlum məndən xahiş etdi ki, Ərəbuşağı-Ağalarbəyli kəndlərinin giriş yolunda 9 nəfər kənd şəhidlərinin əziz xatirəsinə Zəfər Tağı inşa etdirim. Mən böyük məmnuniyyətlə oğlumun arzusunu yerinə yetirdim. Zəfər Tağının inşasında Ağsu rayon İcra Hakimiyyətinin başçısı cənab Rövşən Bağırov, AVMVİB -nin sədri cənab Füzuli Rzaquliyev, polkovnik Elmar Hüseynov, Mərdan Ələsgərov mənə böyük mənəvi dəstək oldular. Kəndimizin girəcəyindəki Şəhidlər Alleyasında Zəfər Tağı inşa edildi. Şəhidlərin ruhu şad olsun. Mən öz vətəndaşlıq borcumu yerinə yetirdim.
Fərid Faiqoğlu
Xezertv.info-nun rəhbəri


























































