Menu
Xəbər Lenti
Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

Şamaxıda zəlzələ oldu
15-05-2025, 07:12

Şamaxıda zəlzələ oldu

Tramp da Türkiyəyə getmir
15-05-2025, 06:31

Tramp da Türkiyəyə getmir

Zelenski Türkiyəyə getdi
15-05-2025, 06:30

Zelenski Türkiyəyə getdi

05 Mrt 07:33Manşet / Dünya

“İstənilən adamın telefonuna girə bilərdik” - DTX-nin həbs etdiyi kibercinayətkar

istenilen-adamin-telefonuna-gire-bilerdik

“ZeroMap” MMC-nin yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etmə ittihamı ilə həbs edilmiş icraçı direktoru Tural Əliyev hakim qarşısına çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, Tural Əliyev 2014-2018-ci illərdə mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yükləməklə cinayətkar plan həyata keçirməkdə ittiham olunur.

Bu kibertəhlükənin qarşısı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən alınıb. Turalın yeri müəyyən edilərək saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 271.2.1-ci (kompüter sisteminə qanunsuz daxil olma – təkrar törədildikdə), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə yekun ittiham elan edilib.

T.Əliyevin işinə hazırda Yasamal Rayon Məhkəməsində baxılır. İlk baxış iclasında əvvəlcə ittiham aktı elan edilib. 

İttihamda deyilir ki, təqsirləndirilən şəxs 4 il ərzində yerli və xarici fiziki və hüquqi şəxslərin mobil telefonlarına və kompüuter sistemlərinə müdaxilə edib, mesajlarını oxuyub. 

Bundan əlavə, Tural kiberhücumlar nəticəsində Amerika və İsrail şirkətlərinin hamıya açıq olmayan məlumatlarına giriş əldə edib. 

Prosesin davamında müttəhim qısa ifadə verib. Tural üzərindəki ittihamların bəzilərini qəbul edib, özünü qismən təqsirli bilib. 

İfadəsindən görünür ki, Tural əvvəllər İnformasiya Texnologiyaları sahəsində əhəmiyyətli layihələr üzərində işləyib. O, özünün yaratdığı casus proqramlarından bəhs edib: “Mən peşəkar haker sistemləri qurub casus proqramlarından istifadə etmişəm. Bununla da ABŞ-yə də aid olan şirkətin sisteminə qanunsuz daxil olmuşam. Amma bunu nüfuz qarşılığında etmişəm, kiçik məbləğlərdə də pul almışam. Düzdür, müdaxilə qanunsuz olub, amma Amerika saytına girməkdə məqsədim sistemi yoxlamaq idi”.

Turalın dediyinə görə, yaratdığı proqramları dövlət orqanlarına vermək istəyirmiş. Amma həmin proqramlar sınaqdan keçirilməlidiyi üçün bu, mümkün olmayıb: “Sınaqdan keçməyən proqramı qəbul etmirlər. Bunun üçün də Azərbaycanda olan bir şirkətin kompüter proqramına daxil olmuşam, lakin heç bir əməliyyat həyata keçirməmişəm. 

Onu da deyim ki, mən “Facebook”, “Google” və digər sosial şəbəkələrdə boşluqlar tapmışam. Bunun qarşılığında da mükafatlar almışam”.

Proses martın 18-i davam edəcək.

Sail Ağasəlim