200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
Pulsuz ayrılmalı olan məzar yerləri FANTASTİK QİYMƏTLƏRƏ satışa çıxarılır - RƏSMİ AÇIQLAMA
Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal dialoq və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş “Green hands, green bags: daha yaşıl gələcək üçün” layihəsi yekunlaşıb.

Xezertv.info xəbər verir ki, Tərtər rayonunda ibtidai sinif şagirdləri üçün həyata keçirilən layihənin məqsədi şagirdləri ekoloji sahədə maarifləndirmək, ətraf mühitlə bağlı məlumatlılıqlarını artırmaq, asudə vaxtlarını səmərəli keçirmək, həmçinin şagirdlər tərəfindən hazırlanaq eco bag-lər vasitəsilə birdəfəlik plastik istehlakı azaltmasına dəstək olmaqdan ibarətdir.
Qeyd edək ki, layihə çərçivəsində şagirdlərə 1 ay boyunca həftədə 2 dəfə 2 saat olmaqla ümumilikdə 16 saatlıq təlim keçirilərək onlara tikiş, boyama, bəzəmək kimi vərdişlər öyrədilib. Daha sonra şagirdlər tərəfindən 1 ay müddətində hazırlanan 100 eco bag marketlərdə vətəndaşlara paylanılıb.
Layihə Tərtər rayon 3 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Nigar Sultani tərəfindən həyata keçirilib.
Fərid



























































