Xəbər Lenti
20-10-2025, 18:33
III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində “Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” lektoriyası baş tutub
Özünü 12-ci mərtəbədən atdı

Ötən gecə Bakıda intihar hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə martın 13-ü saat 21 radələrində Məhəmmədi qəsəbəsindəki “Göy Qurşağı” yaşayış kompleksində qeydə alınıb.
1994-cü il təvəllüdlü Cahangir Tağıyev 12-ci mərtəbənin dəhlizindəki pəncərədən özünü atıb. O, hadisə yerində vəfat edib.
Qeyd edək ki, C.Tağıyev əvvəllər Cinayət Məcəlləsinin iki maddəsi üzrə məhkum edilibmiş.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.






















































