Menu
Xəbər Lenti
Bu gün Aşuradır
Bugün, 08:59

Bu gün Aşuradır

Neftimiz bahalaşdı
3-07-2025, 08:59

Neftimiz bahalaşdı

Azərbaycan polisi and içir
2-07-2025, 13:01

Azərbaycan polisi and içir

19 Mrt 09:10Manşet / Gündəm / Dünya

İstanbulda bu tədbirlər qadağan edildi - Yollar bağlandı

istanbulda-bu-tedbirler-qadagan-edildi

İstanbulda dörd gün ərzində istənilən formada yığıncaq, nümayiş və mətbuata açıqlamalar qadağan edilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyi qərar verib. 

Bildirilib ki, şəhərdə bu gündən başlayaraq martın 23-nə qədər tədbirlərin qadağan edilməsində məqsəd ictimai asayişin qorunması və baş verə biləcək hər hansı təxribat xarakterli hərəkətlərin qarşısının alınmasıdır. 

Bununla yanaşı, şəhərdə onlarla mərkəzi avtomobil yolunda hərəkət, eləcə də “Taksim” stansiyası da daxil olmaqla, bir neçə metro stansiyasının fəaliyyəti dayandırılıb.

Xatırladaq ki, bu gün İstanbul bələdiyyəsinə qarşı genişmiqyaslı korrupsiya əleyhinə əməliyyat çərçivəsində İstanbulun meri Əkrəm İmamoğlu saxlanılıb. Bununla yanaşı, bələdiyyənin təqribən 100 əməkdaşı barəsində də saxlanılma qərarı çıxarılıb.