Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

20 Mrt 10:42Manşet / Dünya

Türkiyədə təxribat xarakterli paylaşım edən 261 şübhəli müəyyən edilib

turkiyede-texribat-xarakterli-paylasim-eden-261-subheli-mueyyen-edilib

“İstanbul Böyük Şəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu da daxil olmaqla 106 şübhəli barəsində saxlanılma qərarı verilməsindən sonra sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar edən şəxslər müəyyən edilib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya öz sosial şəbəkə hesablarında paylaşıb. 

Nazir bildirib ki, ümumilikdə sosial şəbəkələrdə təxribat yönümlü paylaşım edən 261 şübhəli şəxs müəyyən edilib və onlardan 37-si saxlanılıb. 

Onun sözlərinə görə, digər şübhəli şəxslərin saxlanılması istiqamətində işlər davam etdirilir. 

Xatırladaq ki, martın 19-da İstanbul bələdiyyəsi barəsində genişmiqyaslı korrupsiya əleyhinə aparılan əməliyyat çərçivəsində İstanbulun meri Əkrəm İmamoğlu saxlanılıb.