Menu
Xəbər Lenti
Tramp Çinə gedir
Dün, 06:48

Tramp Çinə gedir

14 yolda tıxac var - Siyahı
12-05-2026, 06:32

14 yolda tıxac var - Siyahı

Neftimiz bahalaşdı
9-05-2026, 09:49

Neftimiz bahalaşdı

DYP-dən xəbərdarlıq
9-05-2026, 09:43

DYP-dən xəbərdarlıq

21 Mrt 08:52Manşet / Gündəm / Sosial

Qeyri-iş günlərində kimlər işləyəcək?

Qeyri-iş günlərində kimlər işləyəcək? (VİDEO)

Bayram günləri ilə əlaqədar bəzi qurumlar gücləndirilmiş iş rejiminə keçib.

Xezerxeber.az xəbər verir ki, şəhərin müxtəlif nöqtələrində asayiş keşikçiləri xidmət aparırlar. Polis əməkdaşları küçələrdə, prospektlərdə, izdihamın bol olduğu məkanlarda xidmətlərini davam etdirirlər. Yollarda nəqliyyatın hərəkətini nizamlayır, insanları hər hansı təhlükədən qorumaq üçün hazır vəziyyətdə dayanırlar.
Bayram günlərində vətəndaşların və ölkəyə gələn qonaqların sağlamlığının qorunması üçün təcili tibbi yardım briqadaları da xüsusi rejimdə işləyir. Çağırışlara operativ reaksiya vermək məqsədilə əlavə həkim heyətləri ayrılıb, təcili yardım avtomobillərinin sayı artırılıb. Bayram günlərində baş verə biləcək fövqəladə halların qarşısını almaq və operativ müdaxilə etmək üçün bütün lazımi tədbirlər görülüb.

Paytaxt ərazisində istirahət edənləri nəzərə alan "Bakı metropoliteni"ndə isə interval azaldılıb, ehtiyat qatarlar nəzərdə tutulub.