Xəbər Lenti
26-06-2026, 10:49
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
26-06-2026, 10:46
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
25-06-2026, 21:19
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
25-06-2026, 21:03
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
Kardinal Fernandes: Papa danışmağı yenidən öyrənməli olacaq

Argentinalı kardinal Viktor Manuel Fernandes deyib ki, pnevmoniyadan müalicə olunan Papa Fransisk uzun reabilitasiya keçəcək.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, pontifik də yenidən danışmağı öyrənməli olacaq.
Kardinal bildirib ki, onun Papa ilə ünsiyyət qurmaq imkanı var. "İndi pontifikin danışması çətindir, lakin bədəninin ümumi vəziyyəti əvvəlki kimidir. Reabilitasiya lazım olacaq, çünki uzun müddətdən sonra intensiv oksigen axını ilə hər şey quruyur və sonra praktik olaraq yenidən danışmağı öyrənməlisən", deyə Fernandes bildirib.
Roma Papası Fransisk fevral ayında ikiqat pnevmoniya inkişaf etdirdiyi Gemelli Xəstəxanasına aparılıb. Mətbuatda Papanın səhhətinə görə təqaüdə çıxa biləcəyi ilə bağlı xəbərlər yayılıb.
İsveçrənin "Blick" qəzeti papanın mühafizəçilərinin artıq papanın dəfn mərasiminin məşq etdiyini iddia edib. Fevralın sonunda onun vəziyyəti pisləşib və pontifik süni nəfəs aparatına yerləşdirilib. Martın əvvəlində onun sağaldığı məlum olub.
Martın 7-də Papa xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə dindarlara müraciət edib. Martın 16-da Vatikan xəstəxanaya yerləşdirildikdən sonra ilk şəklini dərc edib. Bu həftə Papanın vəziyyətinin yaxşılaşmaqda davam etdiyi bildirilib.
Aydın






















































