Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
"Beynəlxalq təcrübəli sinif idarəçiləri" layihəsi çərçivəsində iştirakçılar imtahandan uğurla keçərək sertifikatlarını əldə ediblər!

Xezertv.info xəbər veriri ki, Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Beynəlxalq təcrübəli sinif idarəçiləri" layihəsi çərçivəsində iştirakçılar imtahandan uğurla keçərək sertifikatlarını əldə ediblər!
VIII qrant müsabiqəsində qalib gəlmiş "Beynəlxalq təcrübəli sinif idarəçiləri" layihəsi çərçivəsində "Teachers' and Learners' Language in the Classroom" və "Classroom Management" təlimlərinin sonunda imtahanda iştirak edən müəllimlər, Cambridge ESOL-un təqdim etdiyi TKT sertifikatını əldə ediblər.
Xatırladırıq ki, "Beynəlxalq təcrübəli sinif idarəçiləri" adlı layihə Məmmədli kənd tam orta məktəbində Ülviyyə Nağıyeva tərəfindən həyata keçirilib. Layihənin məqsədi məktəbin ingilis dili müəllimlərinin sinif idarəetmə sahəsində beynəlxalq təcrübə əsasında bilik və bacarıqlarını artırmaq və onları Cambridge ESOL-un təqdim etdiyi TKT sertifikatı ilə təmin etmək idi.
Layihə çərçivəsində hazırlıq mərhələsi komanda üzvlərinin formalaşdırılması, iş bölgüsünün müəyyənləşdirilməsi və PR planının tərtibi ilə baş tutmuşdur. TKT kursunun üçüncü modulu əldə edildikdən sonra məktəbdən 5 müəllim seçilmiş və onlar üçün 3 ay ərzində müntəzəm dərslər keçirilmişdir. Kursun nəticəsi olaraq müəllimlər Band 3 səviyyəsinə çatmışdırlar.


























































