Xəbər Lenti
Dün, 08:42
İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniya səfəri ilə bağlı görüntülər paylaşılıb
14-02-2026, 10:54
Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bizim qüdrətli gələcəyimizin memarıdır-Könül Nəbizadə
14-02-2026, 10:25
"Haber Global": "Azərbaycan Prezidenti İlham Əliyevdən gərgin diplomatik fəaliyyət"
26 Mrt 09:10Manşet / Şou-biznes
Di Kaprionun sevgilisi ilk dəfə münasibətlərindən danışdı

Dünyaca məşhur aktyor Leonardo Di Kaprionun 26 yaşlı model sevgilisi Vittoria Geretti ilk dəfə münasibətlərindən danışıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 50 yaşlı aktyorla sevgili olan italyan model çox xoşbəxt olduğunu bildirib:
“Səndən daha böyük izləyici kütləsi olan biri ilə münasibət quranda, kiminsə “sevgilisi” olursan. Və bu, son dərəcə əsəb pozan ola bilər. İnsanlar sənin haqqında “onun sevgilisi”, “keçmiş sevgilisi” kimi ifadələr işlədərək danışmağa başlayırlar. İnsanların sizi etiketləməsinə görə istədiyin insanı sevə bilməmək xoş deyil. Əgər bir-birinizi sevirsinizsə, narahat olmaq üçün heç bir səbəb yoxdur. Sevgi sizi qoruyacaq və xoşbəxtlik bəxş edəcək”.
































































