Türkiyə Şimali Kiprə 6 F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirdi
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib
Tramp İranı hədələdi, Mərkəzi Komandanlıq dəhşətli silahın GÖRÜNTÜLƏRİNİ yaydı - VİDEO
Oğlunu Azərbaycana sürgün edən amansız Hörmüz - İndi dünyanın ürəyi orada döyünür...
“Xəbər tutdum ki, belə bir hadisə olub, dərhal nazirə zəng etdim” - Müctəba Dərmiçilu
PhET platformasının tətbiqi ilə şagirdlərin riyaziyyat biliklərinin artırılması” layihəsi yekunlaşıb.

Xezertv.info xəbər verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş “PhET4Math: PhET platformasının tətbiqi ilə şagirdlərin riyaziyyat biliklərinin artırılması” layihəsi yekunlaşıb.
Layihənin həyata keçirilməsində əsas məqsəd PhET platormasında mövcud olan riyaziyyat fənninə dair interaktiv simulyasiya oyunları ilə Vlll sinif şagirdlərinin riyaziyyat biliklərinin artırılması, onların riyaziyyat fənnii həvəslə və maraqla öyrənməsinin təmin edilməsi, məktəbimizdə müəllimlər arasında bu təcrübənin bölüşülməsi olub.
Layihə çərçivəsində 4 ay müddətində 8-ci sinifdə təhsil alan 28 şagird üçün PhET platformasındakı simulyasiyalar 32 saatlıq dərs proqramı şəklinə salınaraq tədris edilib. Həmçinin bu təcrübənin layihə yekunlaşdıqdan sonra da davamlı olması üçün məktəb müəllimləri ilə təlimin proqramı bölüşülüb.
Xatırladaq ki, layihə Şəmkir rayon Seyfəli kənd M.Süleymanov adına tam orta məktəbin müəllimi Rəna Heydərzadə tərəfindən həyata keçirilib.





























































