Xəbər Lenti
Bugün, 15:12
Gənc istedad Əhməd Məmmədov: “Hədəfim Azərbaycanı dünya birinciliyində təmsil etməkdir”
Dün, 16:44
“Daş qartal əfsanəsi – əfsanələşən qəhrəmanlıq” - XTQ-nin şəhid giziri Vidadi Nizami oğlu Zalov
26-10-2025, 09:45
Nuray Həsənzadə – “Zülfüqar” klubunun parlayan ulduzu Dünya Kubokunda Azərbaycanı qürurlandırdı
26-10-2025, 08:50
İsrail Səfirliyi Bakı Caz Festivalı 2025-də mədəni əlaqələrin gücünü nümayiş etdirdi
26-10-2025, 07:22
Heydər Əliyev ideyalarının davamçısı və Azərbaycanın tərəqqisinə həsr olunmuş fəaliyyət – İsmayıl Zalov
26-10-2025, 07:15
İsmayıl Zalov: “Azərbaycanın Zəfəri Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir”
"Atlant" İstirahət Mərkəzi müsadirə oluna bilər - Həbs qoyuldu

"Təbriz” MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə yenidən araşdırması davam edir.
"Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda 171 nəfər zərərçəşmişdən çoxu iştirak edib.
Bu iş əvvəl başqa hakimlər tərəfindən araşdırılıb. Həmin prosesə sədrlik edən hakim Siyavuş Hacıyevin ölümündən sonra istintaq dayandırılmışdı. Bu dəfə işi Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər araşdırır.
İstintaq materiallarında yazılıb ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində "Tərbiz” MTK-nın tikilməkdə olan binasından bir mənzili bir neçə nəfərə satıb. Nəticədə 171 vətəndaşın 14 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirilib.
Nofəl "Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni, eyni zamanda istirahət mərkəzinin şərikidir. İttihama görə, o, vətəndaşlardan alınan 14 milyon manatı "Atlant”ın təmir-tikinti işlərinə yatırıb.

Cinayət işi üzrə "Atlant” İstirahət Mərkəzinin üstünə həbs qoyulub. Belə olan halda hökm qəbul edilərkən zərərçəkmişlərə dəymiş ziyanın əvəzi olaraq mərkəz müsadirə edilə bilər.
Bu gün "Atlant”ın üzərinə qoyulan həbs qərarının ləğv edilməsi ilə bağlı vəsatət qaldırılıb. Məhkəmə vəsatəti təmin etməyib. Yeni daxil olmuş üç mülki iddia isə qəbul edilib.
Bundan əvvəlki iclaslarda zərərçəkmiş şəxslər "Atlant”ın sahibi Tahir Qədəşovun da cinayət məsuliyyətinə cəlb edilməsini istəyiblər. Həmin vəsatət hələ ki, baxılmamış saxlanılıb.
Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam edir.
Qeyd edək ki, "Atlant” İstirahət Mərkəzi Nabran qəsəbəsində dənizin kənarında yerləşir.






















































