Xəbər Lenti
26-06-2026, 10:49
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
26-06-2026, 10:46
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
25-06-2026, 21:19
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
25-06-2026, 21:03
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
Lənkəranda antibiotik vurduran operator öldü

Lənkəranda 32 yaşlı kişi iynə vurulmasından sonra ölüb.
"Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Viyən kəndində baş verib.
Belə ki, kənd sakini 1993-cü il təvəllüdlü İmran Məmmədovun hərarəti yüksək olub və vurulan antibiotikdən sonra halı pisləşib.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası İ.Məmmədovun həkiməqədər ölüm faktını qeydə alıb.
Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, İmran Məmmədov yerli televiziya kanalında operator vəzifəsində çalışıb. Televiziya kanalı ilə müqaviləsi bitdikdən sonra toylarda çəkiliş edirdi.
Faktla bağlı araşdırma aparılır.






















































