Menu
Xəbər Lenti
Futbolda yeni qayda
4-06-2025, 08:42

Futbolda yeni qayda

O da “Real”a keçdi
4-06-2025, 08:40

O da “Real”a keçdi

EL MƏHƏBBƏTİNİN GÜCÜ
3-06-2025, 19:52

EL MƏHƏBBƏTİNİN GÜCÜ

17 Nis 12:58Manşet / Cəmiyyət

Nazim Eynallı: Qurum əməkdaşları Şamaxı-Qonaqkənd yolunda fəaliyyətlərini davam etdirir

Nazim Eynallı: Qurum əməkdaşları Şamaxı-Qonaqkənd yolunda  fəaliyyətlərini davam etdirir

Şamaxı-Qonaqkənd avtomobil yolunun 12-ci kilometrliyində 2 gün yağan aramsız yağışlar bir sıra fəsadlar törədib.

AzadMedia.az xəbər verir ki, güclü yağışlar nəticəsində yolun asfalt beton örtüyü sıradan çıxıb. Yolda irihəcmli çatlar əmələ gəlib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində olan “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin işçi heyəti dərhal həmin əraziyə yollanıb. Qurum əməkdaşları Şamaxı-Qonaqkənd yolunda fəaliyyətlərini davam etdirir. Hazırda nəqliyyatın hərəkətində çətinlik müşahidə olunur.

Qurum əməkdaşları güclü yağışlar nəticəsində yaranan problemin aradan qaldırılmasına çalışır.