Xəbər Lenti
Dün, 19:02
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
28-06-2026, 09:43
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
26-06-2026, 10:49
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
26-06-2026, 10:46
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
25-06-2026, 21:19
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
25-06-2026, 21:03
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
Seldə həlak olanlardan biri sabiq deputatın bacısı oğludur
Xəbər verdiyimiz kimi, ötən gün Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində daşması nəticəsində 2 nəfər həlak olub.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünyasını dəyişən şəxslərdən 59 yaşlı Nurməmməd Qəhrəman oğlu Məmmədov Şirvan şəhər Bayramlı qəsəbə sakinidir. O, Milli Məclisin 6-cı çağırış deputatı İltizam Yusifovun bacısı oğludur.
Mərhum bu gün dəfn edilib.
Qeyd edək ki, İ.Yusifov uzun illər neftçıxarma sənayesində çalışıb. N.Məmmədov da "Siyəzən Oil” neft şirkətinin əməkdaşı olub. Onunla birlikdə iş yoldaşı, Salyan rayon sakini 63 yaşlı Etibar Hafiz oğlu Nağıyev dünən işə gedərkən selə düşərək vəfat ediblər.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.






















































