Menu
Xəbər Lenti
“Sabah”ın oyunu var
28-07-2026, 10:01

“Sabah”ın oyunu var

“Azeri Light” ucuzlaşdı
28-07-2026, 09:30

“Azeri Light” ucuzlaşdı

Çində iki zəlzələ oldu
28-07-2026, 09:26

Çində iki zəlzələ oldu

Güclü külək əsir
27-07-2026, 09:36

Güclü külək əsir

Əsl dəniz havasıdır!
25-07-2026, 09:51

Əsl dəniz havasıdır!

O, bir dərya idi
24-07-2026, 15:06

O, bir dərya idi

20 Nis 09:41Manşet / Gündəm / Cəmiyyət

"Venesiya" şadlıq sarayındakı toyda zəhərlənən müğənni danışdı: "Ölümdən qayıtdım"

"Venesiya" şadlıq sarayındakı toyda zəhərlənən müğənni danışdı: "Ölümdən qayıtdım"

Bakıda "Venesiya" şadlıq sarayında keçirilən toyda kütləvi zəhərlənmə baş verib.

Oxu.Az Milli.Az-a istinadla xəbər verir ki, toy məclisində müğənni kimi iştirak edən Dərya Dünya da zəhərlənənlər arasında olub.

Müğənni bildirib ki, toyda onun da halı pisləşib.

"Şükür, indi normalam, ölümdən qayıtdım".

Xatırladaq ki, zəhərlənmə qonaqlar zalda olarkən baş verib və təcili yardım briqadaları çağırılıb.

Vəziyyəti ağır olanlar dərhal xəstəxanaya çatdırılıblar.

Qeyd edək ki, zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.

Əlavə olaraq, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.