15 iyun – Milli Qurtuluş Günü yalnız keçmişə qayıdış deyil, gələcəyə inamın və Azərbaycanın əbədi varlığının simvoludur.
“Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı.”
Əlləri və baxışları ilə danışan məzunlar – İnternat məktəbinin duyğusal “Son zəng”i – REPORTAJ
“Zeferyolu.az”-ın rəhbəri Jalə Ağakişiqızı “Son zəng” münasibəti ilə gəncləri təbrik etdi
Prezidentin köməkçisi: Etnik azərbaycanlıların İrana agent kimi yerləşdirilməsi iddiaları absurddur
Cəfərov Ağaşirin Məmmədəli oğlunun 60 illik yubileyi münasibətilə təbrik
01 may 2025-ci il tarixində ömrünün 60-cı baharını qeyd edən Cəfərov Ağaşirin Məmmədəli oğlunu bu əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik. Ağaşirin müəllim Azərbaycanımızın dilbər güşələrindən biri olan Masallı rayonunda dünyaya göz açmış, gənclik illərindən etibarən zəhmətkeşliyi, vətənə sədaqəti və insanlara olan hörmətilə seçilmişdir.
Uzun illər boyunca müxtəlif sahələrdəki fəaliyyəti ilə həm doğulduğu bölgədə, həm də ölkə miqyasında dərin hörmət qazanan Ağaşirin müəllim nümunəvi ailə başçısı, təcrübəli ziyalı və əqidəsinə sadiq bir vətəndaş kimi tanınır. Onun həyat yolu gənclər üçün bir örnək, xidmətləri isə ictimai dəyərlər üçün mühüm əhəmiyyət daşıyır.
Bu yubiley günündə Ağaşirin müəllimə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayırıq. Ömür yolunuz həmişə aydın, amal və əqidəniz xalqımıza xidmət yolunda daim uca olsun! Yubileyiniz mübarək, Ağaşirin müəllim!
Təbrikə qoşulurlar: “Ulusestv.”az və “Xezertv.info”-nun redaksiya heyəti – Ağaşirin Məmmədəli oğluna uzun ömür, can sağlığı, qarşıdan gələn hər bir günü xoş və firavan keçməsini arzulayırlar.
Hörmətlə,
Şamil Məmmədəli oğlu,
Fərid Faiqoğlu,
Çingiz Mahmudov
“Ulusestv.”az və “Xezertv.info”