Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
VK sədri: "Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
İki ildə göndərdiyi 6 məktubun heç birinə cavab vermədi

Ukrayna Prezidenti Volodimir Zelenski 1 il 8 ay ərzində Braziliya lideri Lula da Silvaya görüşlə bağlı təkliflər ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı anonim ukraynalı diplomata istinadən Braziliyanın “Metropoles” qəzeti yayıb.
Bildirilib ki, ümumilikdə 6 məktub göndərilib və onların hər biri cavabsız qalıb.
Məlumata görə, Braziliya prezidentinə göndərilən məktublardan ikisi Ukraynadakı münaqişə ilə bağlı beynəlxalq sammitə dəvət olub.
Mənbə, həmçinin qeyd edib ki, Ukrayna görüşlə bağlı yeni dəvətlər göndərməyəcək.
Qeyd edək ki, 2024-cü ilin payızında V.Zelenski braziliyalı həmkarına Rio-de-Janeyroda G20 sammiti zamanı görüş təklif edib.
Braziliya tərəfi isə sözügedən tədbirin görüş üçün uyğun olmadığını bildirib. Belə ki, sammit aclıq və yoxsulluqla mübarizə, eləcə də dayanıqlı inkişafa həsr edilmişdi. Nəticədə Ukrayna sammitdə iştirak etməmişdi.
Onu da xatırladaq ki, tərəflər arasında sonuncu görüş 2023-cü ilin sentyabrında Nyu Yorkda baş tutub.























































