Xəbər Lenti
15-08-2026, 17:24
Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
15-08-2026, 12:04
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
ABŞ Suriyanın şərqindəki neft yataqlarından qoşunlarını çıxarıb

ABŞ Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində yerləşən "Əl-Ömər" və "Konoko" neft yataqlarından qoşunlarını çıxarıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Arabiya" nəşri məlumat yayıb.
Qeyd olunur ki, ABŞ hərbçiləri İraq Kürdüstanından gələn onlarla yük maşınları vasitəsilə neft yataqlarını tərk ediblər. Yük maşınlarında hərbi texnika, ağır silahlar daşınıb.
Məlumatda həmçinin qeyd olunur ki, bununla paralel, ABŞ qoşunları bütün hərbçilərini "Konoko" və "Ömər" poliqonlarından çıxarıb. Nəşr qeyd edir ki, bu iki baza ABŞ-nin Suriyanın şərqindəki ən böyük bazalarından biridir.























































