Menu
Xəbər Lenti
Vinisiusun evi yandı
Dün, 05:45

Vinisiusun evi yandı

18 aylıq cəzalandırıldı
8-10-2025, 06:02

18 aylıq cəzalandırıldı

Meloni məhkəməyə verildi
8-10-2025, 05:59

Meloni məhkəməyə verildi

06 May 08:24Manşet / Cəmiyyət

Çaylarda suyun səviyyəsi artdı

 

Bu gün də bəzi çaylarda sululuq artıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Katexçay-Qəbizdərədə 56 sm, Qusarçay-Kuzunda 13 sm, Qudiyalçay-Qımılda 6 sm, Əyriçay-Ağyazıda 4 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçay-Əsrikcırdaxanda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Oxçuçay-Bürünlüdə 18 sm, Bərgüşadçay-Əliquluuşağıda 9 sm, Tərtərçay-Vəngdə 4 sm, Tutqunçay-Comərddə 2 sm artım, Kür çayının aşağı axımında Kür-Surrada 54 sm, Kür-Zərdabda 10 sm artım qeydə alınıb.

Transsərhəd çayında Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 23 sm artıb, su sərfi 230 m3/san normanın 116%-ni təşkil edir.