Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini "sağlamlıq eksperti" kimi təqdim edən bloqerlər
PREZİDENT İLHAM ƏLİYEVİN AMEA‑NIN 80 İLLİK YUBILEYİ TƏDBİRİNDƏKİ ÇIXIŞINDA DİL MƏSƏLƏLƏRİ
Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA
Bloqer Ömrü Sultaninin müayinə üçün yollandığı xəstəxanada VƏFAT ETDİYİ iddia olunur
“Heç vaxt “heç vaxt” deməyin” - Trampdan Karniyə

Kanadanın Baş naziri Mark Karni Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşündə ölkəsinin satılmadığını bildirib.
“Qafqazinfo” “Fox News”a istinadən xəbər verir ki, o bunu jurnalistlərə açıqlamasında deyib.
“Əmlak sahəsindən bildiyiniz kimi, satılmayan yerlər də var”, - Baş nazir söyləyib.
ABŞ Prezidenti isə cavabında bunları deyib: “Zaman göstərəcək, amma mən həmişə deyirəm “Heç vaxt “heç vaxt” deməyin”. Qeyri-mümkün görünən bir çox şey sonda dostluq şəraitində mümkün olub”.
Tramp hazırda bu mövzunu müzakirə etmək istəmədiyini, lakin belə bir şansın qonşu ölkəyə çoxlu üstünlük qazandıracağını vurğulayıb.
Xatırladaq ki, ABŞ lideri dəfələrlə kanadalıların çoxunun ölkələrinin ABŞ-nin 51-ci ştatı olmasını dəstəklədiyini iddia edib. Onun fikrincə, belə birləşmə Kanadaya iqtisadi sabitlik gətirəcək və ölkəni Rusiya və Çindən gələn xarici təhlükələrdən qoruyacaq.
Karni isə dəfələrlə qeyd edib ki, Kanada heç vaxt və heç bir formada ABŞ-nin tərkibinə daxil olmayacaq.






















































