Xəbər Lenti
Dün, 08:18
Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq
31-01-2026, 09:38
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
31-01-2026, 09:27
VK sədri: "Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib"
30-01-2026, 14:16
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
30-01-2026, 09:00
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
Türkiyə və İsrail nümayəndələri mayın 8-də Bakıda qeyri-rəsmi danışıqlar aparmaq üçün görüşəcəklər.
"Report” İsrailin "Kan 11” telekanalına istinadən xəbər verir ki, görüş Azərbaycanın vasitəçiliyi ilə təşkil olunub və Türkiyənin Suriyada artan fəallığı və iki ölkə arasında birbaşa hərbi toqquşma təhlükəsi ilə bağlı gərginliyin azaldılmasına yönəlib.
Mənbələrin məlumatına görə, İsrail təhlükəsizlik sahəsində iki əsas tələbi səsləndirmək niyyətindədir: öz sərhədləri yaxınlığında qarşı tərəfin silahlı birləşmələrin mövcudluğunun istisna edilməsi, həmçinin İsrailin milli təhlükəsizliyinə təhdid yarada biləcək strateji silah növlərinin Suriyada yerləşdirilməsinə yol verilməməsi.
Təcili məsləhətləşmələrə ehtiyac İsrail və Türkiyə hərbi hava qüvvələri arasında Suriya hava məkanında birbaşa təmasın ilk qeydə alınmış hadisəsindən sonra yaranıb. Məlumatlara görə, cümə axşamından şənbəyə keçən gecə Türkiyənin F-16 qırıcıları İsrail aviasiyasının bir sıra hədəflərə, o cümlədən ehtimal ki, Türkiyə ilə əlaqəli obyektlərə kütləvi zərbələr endirdiyi zaman Suriya səmasına daxil olub.
Qeyd olunub ki, türk pilotları radioelektron mübarizə və rabitə sistemləri vasitəsilə İsrail HHQ-sinə "xəbərdarlıq siqnalları" ötürərək əməliyyat zonasında öz mövcudluqlarını bildiriblər.
Gözlənilir ki, Bakıda keçiriləcək danışıqlar regionun iki əsas ölkəsi arasında gərginliyin azaldılması və münaqişələrin qarşısının alınması mexanizmlərinin formalaşdırılması istiqamətində mühüm addım olacaq.























































