Türkiyə Şimali Kiprə 6 F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirdi
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib
Tramp İranı hədələdi, Mərkəzi Komandanlıq dəhşətli silahın GÖRÜNTÜLƏRİNİ yaydı - VİDEO
Oğlunu Azərbaycana sürgün edən amansız Hörmüz - İndi dünyanın ürəyi orada döyünür...
“Xəbər tutdum ki, belə bir hadisə olub, dərhal nazirə zəng etdim” - Müctəba Dərmiçilu
Rusiya o təyyarənin vurulmasına görə günahkar bilindi
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurası rəsmi olaraq Rusiyanın 2014-cü ildə Ukrayna üzərində MH17 reysi qəzasına görə məsuliyyət daşıdığını elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Niderland hökuməti bəyanat yayıb.
Bildirilir ki, Rusiyanın hərəkətləri beynəlxalq mülki aviasiyanın normalarını pozub.
Yaxın həftələrdə ICAO Şurası Rusiyanın zərəri necə ödəməli olduğu məsələsini nəzərdən keçirəcək.
Avstraliya və Niderland Rusiyaya qarşı şikayəti ICAO-ya 2022-ci ilin martında təqdim ediblər. Belə ki, onların vətəndaşları təyyarə qəzasında ölənlərin çoxunu təşkil edib.
Qeyd edək ki, “Malaysia Airlines”a məxsus “Boeing 777” təyyarəsi 2014-cü ilin iyulunda Ukrayna üzərində vurulub. Nəticədə 298 nəfər ölüb. Bu təyyarə qəzası tarixdə qurbanların sayına görə ən böyük on qəza sırasına daxildir.





















































