“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
“Azerbaijan - Land of Fire” geri döndü!
Heydər Əliyev fondunun dəstəyi və Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Böyük Britaniyada keçiriləcək ənənəvi “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmiz ilk dəfə 130 nəfərlik nümayəndə heyəti ilə təmsil olunacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Atçılıq Federasiyası məlumat yayıb.
Bildirilib ki, bu ilin ən möhtəşəm çıxışlarından biri gözqamaşdırıcı Qarabağ atı, istedadlı rəqqas və 2025-ci il üçün yeni olan orkestr qrupunun nümayiş etdirəcəyi “Azerbaijan - Land of Fire” şou-kompozisiyasının qayıdışı olacaq.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Atçılıq Federasiyasının bu nəfəskəsici nümayişi heyranedici performansı, həyəcanlı musiqisini və inanılmaz atçılıq sənətini özündə birləşdirir.
Tədbirin direktoru Ceyms Şou çıxışı səbirsizliklə gözlədiyini bildirib: “Azərbaycan Atçılıq Federasiyasını “Vindzor Kral Atçılıq Şousu”nda yenidən salamlamağa çox şadam. Onların canlı çıxışını əvvəllər heç vaxt görmədiyim üçün rəqs və inanılmaz atçılıq sənəti vasitəsilə izah edilən bu qəhrəmanlıq nağılının möhtəşəm nümayişinə şahid olacağıma görə çox həyəcanlıyam”.
Nümayəndə heyətimizin təqdim edəcəyi “Azerbaijan – Land of Fire”adlı şou-kompozisiyanın əsasını Vindzor tamaşaçılarına çox yaxşı tanış olan, çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, eləcə də zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqisi təşkil edəcək.























































