Xəbər Lenti
15-08-2026, 17:24
Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
15-08-2026, 12:04
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
Zelenski Nəriman Cəlalovu Türkiyəyə səfir göndərdi
Ukrayna Prezidenti Volodimir Zelenski Krım Tatar Xalq Məclisinin sədrinin müavini Nəriman Cəlalovu ölkənin Türkiyədəki səfiri təyin edib.
“Qafqazinfo” xəbər verir ki, müvafiq fərman Ukrayna dövlət başçısının saytında dərc edilib.
Qeyd edək ki, N. Cəlalov eyni zamanda jurnalist və hüquq müdafiəçisidir. O, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra yarımadada qalıb, Krım tatarlarının və ukraynalıların hüquqlarını fəal şəkildə müdafiə edib.
2021-ci ilin sentyabrında Rusiya təhlükəsizlik qüvvələri tərəfindən təxribat ittihamı ilə saxlanılıb. 2024-cü ilin iyununda əsir mübadiləsi nəticəsində azad edilib və Ukraynaya qayıdıb.
























































