Xəbər Lenti
10-04-2026, 10:24
Ağcabədidə Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.
9-04-2026, 12:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 13:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
16 May 06:31Manşet / Şou-biznes
“Avroviziya 2025”in finalçıları bəlli oldu - Siyahı
İsveçrənin Bazel şəhərində keçirilən “Avroviziya 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, 16 ölkədən olan iştirakçılar final mərhələsinə çıxmaq uğrunda mübarizə aparıblar.
Səsvermələrin nəticələrinə əsasən, İsrail, Litva, Danimarka, Avstriya, Lüksemburg, Finlandiya, Latviya, Malta, Yunanistan və Ermənistan finala keçib.
Qeyd edək ki, birinci yarımfinalın nəticələrinə görə, Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya və Ukraynadan olan iştirakçılar finala vəsiqə qazanmışdılar.
Xatırladaq ki, “Avroviziya”nın finalı mayın 17-də baş tutacaq.























































