Menu
Xəbər Lenti
İstanbulda zəlzələ oldu
21-05-2025, 07:13

İstanbulda zəlzələ oldu

Papanı Ağ Evə dəvət etdi
20-05-2025, 06:34

Papanı Ağ Evə dəvət etdi

Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

23 May 08:59Manşet / Cəmiyyət

“Yüksəliş” “Beynəlxalq e-Assessment Mükafatları” müsabiqəsində finalçı oldu

yukselis-beynelxalq-e-assessment-mukafatlari-musabiqesinde-finalci-oldu

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Kadr Ehtiyatı Bankının formalaşdırılması üçün yaradılmış innovativ layihə olan “Yüksəliş” müsabiqəsi 2025-ci il "Beynəlxalq e-Assessment Mükafatları" müsabiqəsində finalçı elan olunaraq beynəlxalq səviyyədə mühüm uğura imza atıb.

“Qafqazinfo” xəbər verir ki, “Beynəlxalq e-Assessment Mükafatları” (International e-Assessment Awards) 2008-ci ildən etibarən hər il keçirilir.

Bu mükafatlar “e-Assessment Association” (eAA) tərəfindən təşkil edilir və təhsil, peşəkar sertifikatlaşdırma və iş yerində təlim sahələrində texnologiyanın qiymətləndirmə proseslərinə gətirdiyi yenilikləri və ən yaxşı təcrübələri tanıyır. Nüfuzlu "e-Assessment Association" tərəfindən təşkil olunan bu müsabiqə qiymətləndirmə sahəsində innovasiya, şəffaflıq və effektivliyi təşviq edən qabaqcıl təşəbbüsləri tanımaq məqsədi daşıyır. “Yüksəliş” müsabiqəsinin bu siyahıda yer alması tətbiq olunan qiymətləndirmə modelinin və idarəolunma mexanizmlərinin beynəlxalq standartlara cavab verdiyini bir daha nümayiş etdirir. 

“e-Assessment Awards” müsabiqəsinin əsas məqsədi şəffaf və obyektiv seçim mexanizmi vasitəsilə istedadlı şəxsləri aşkar etmək, onların liderlik potensialını üzə çıxarmaq və inkişaf yolunda dəstək göstərməkdir. Nəzərinizə çatdıraq ki, “e-Assessment Awards” yarışında fərqli illərdə “Kaplan International”, “British Council”, “Duolingo”, “Pearson”, “Excelsoft Technologies” və qiymətləndirmə sahəsində fəaliyyət göstərən digər böyük şirkətlər finalçı və qalib adını qazanıblar. Bu əhəmiyyətli müsabiqədə finalçı statusu Azərbaycanın ilk növbədə kadr potensialının inkişafına, innovativ layihələrə verdiyi dəyərin və ölkədə tətbiq olunan yeni nəsil yanaşmaların dünya miqyasında tanındığını göstərir.

Müsabiqənin beynəlxalq platformalarda bu cür uğur qazanması isə gələcək inkişaf istiqamətləri üçün yeni imkanların qapısını açır. Azərbaycanın gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib: “Bu uğur Azərbaycan Prezidentinin imzaladığı Sərəncamı icra etmək məqsədilə “Yüksəliş” müsabiqəsi tərəfindən yaradılan Kadr Ehtiyat Bankına daha peşəkar mütəxəssislərin cəlb edilməsi yolunda atılan əhəmiyyətli addımdır.”

Xatırladaq ki, 2025-ci ildə mükafat 13 kateqoriya üzrə təqdim olunacaq. Növbəti mərhələdə isə artıq hər kateqoriya üzrə qaliblər elan ediləcək. 

“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.