Xəbər Lenti
15-12-2025, 17:26
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub
12-12-2025, 09:01
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Avropa Siyasi Birliyinin Zirvə toplantısı Azərbaycanda keçiriləcək

Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bildirib.
Bu günlərdə Tiranada keçirilən Zirvə toplantısını "uğurlu" adlandıran Koşta deyib ki, Avropa Siyasi Birliyi 2025-ci ilin oktyabrında Kopenhagendə toplanacaq. "EPC Liderlər səviyyəsində ümumavropa siyasi dialoqu üçün vacib foruma çevrilib", deyə Aİ Şurasının sədri qeyd edib.
Məlumat üçün qeyd edək ki, Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2026-ci ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.
























































