Menu
Xəbər Lenti
Bakıda 37° isti olacaq
Bugün, 11:19

Bakıda 37° isti olacaq

Tokayev Türkiyəyə gedir
25-07-2025, 09:25

Tokayev Türkiyəyə gedir

Azərbaycan nefti bahalaşdı
25-07-2025, 09:20

Azərbaycan nefti bahalaşdı

25 il sonra ilk dəfə...
25-07-2025, 08:42

25 il sonra ilk dəfə...

Tokayev Türkiyəyə gedir
25-07-2025, 08:36

Tokayev Türkiyəyə gedir

24 May 09:07Manşet / Gündəm

Elektromobilini kustar üsulla şarj edənlərə xəbərdarlıq

 

Çoxmərtəbəli binadan elektrik xətti çəkib maşını şarj edirlər.

Qaynarinfo Xəzər TV-yə istinadən məlumat verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, sürücü elektromobilini binanın 8-ci mərtəbəsindən endirdiyi elektrik naqili ilə enerjiyə qoşub.
Paytaxt küçələrində isə müxtəlif ünvanlarda, eyvanlardan aşağı endirilən elektrik naqili görmək mümkündür.
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Mütəxəssislərin sözlərinə görə, bu elektromobil sürücüləri üçün qənaətcil üsul kimi görünsə də elə deyil. Təhlükəsizlik baxımından isə ciddi problemlər yarada bilər.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, mənzildən kustar üsulla kənara çəkilən elektrik xətti həm də yanğın kimi xoşagəlməz hadisələrə səbəb ola bilər.
Elektrik avtomobilləri üzrə mütəxəssislər isə bildirib ki, sözügedən nəqliyyat vasitələri üçün xüsusi ölçüdə naqildən istifadə olunmalıdır. Bundan əlavə elektrik enerjisinin gücü avtomobilə uyğun olmazsa, nəqliyyat vasitələrinin batareyalarını sıradan çıxara bilər.
Ətraflı süjetdə: