Xəbər Lenti
10-07-2025, 13:22
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
9-07-2025, 08:08
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
9-07-2025, 07:51
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
9-07-2025, 07:48
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə
Rusiyada miqrantlara 1-dən çox telefon nömrəsi işlətmək qadağan edilə bilər
Rusiyada miqrantlara birdən çox telefon nömrəsinin, SIM kartın olmasını qadağan etmək təklifi irəli sürülüb.
Bu barədə "Report” TASS-a istinadən xəbər verir.
"Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranların İşləri üzrə Komitəsinin rəhbəri Yaroslav Nilov əcnəbilərə birdən çox abunəçi nömrəsinin olmasını qadağan edən qanun layihəsi hazırlayıb. Sənəddə qeyd olunur ki, bu cür məhdudiyyətlər milli maraqların qorunmasına və vətəndaşlar üçün daha təhlükəsiz mühitin yaradılmasına yönəlib”, - məlumatda deyilir.
Qanun layihəsinə verilən izahat qeydinə əsasən, Rusiya ərazisində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin SIM kartlara sahiblik hüququnun məhdudlaşdırılması tədbirləri terrorizm, casusluq, fırıldaqçılıq və kibertəhlükələrlə bağlı artan təhlükələr nəzərə alınmaqla həyata keçirilməlidir.
Qeyd olunur ki, 2025-ci il yanvarın 1-dən Rusiya Federasiyasında əcnəbilərin 10-dan çox abonent nömrəsini öz adlarına qeydiyyatdan keçirməsinə qadağa qoyulub.
"Bu qanun layihəsinin qəbulu bizə müasir çağırışlara və təhdidlərə effektiv cavab verməyə, xarici vətəndaşların kommunikasiyalarına nəzarəti təmin etməyə imkan verəcək”, - izahatda deyilir.