Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Yollayışların verilməsi proseduru sadələşdirildi
Sanatoriyalara və istirahət mərkəzlərinə yollayış əldə etmək istəyənlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Turizm İnformasiya Mərkəzinə (012) 492-50-10, (012) 492-75-53, (050) 328-38-77, (050) 328-38-11 nömrəli telefonlarla və ya QR vasitəsilə qeydiyyatdan keçməklə müraciət edə bilərlər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) məlumat yayıb.
Bildirilib ki, müraciətlərin operativ cavablandırılması və məmnunluğun təmin edilməsi məqsədilə “Kurort” Turizm İnformasiya Mərkəzində Çağrı Mərkəzi yaradılıb və hazırda 35-dən çox əməkdaş xidmət göstərir.
İyun ayından etibarən E-AHİK elektron rezervasiya sisteminin də istifadəyə verilməsi planlaşdırılır. Bununla da, yollayışları tam elektronlaşdırılmış qaydada əldə etmək imkanı da yaradılacaqdır.
Müraciət qəbul edildikdən sonra təsdiq və ya imtina barədə məlumat verilir, təsdiq edildikdə ödəniş rekvizitləri təqdim edilir və ödəniş həyata keçirildikdən sonra elektron yollayış müraciət edən şəxsin elektron poçt ünvanına göndərilir.
Əgər istirahət mərkəzi seçilibsə və həmin istirahət mərkəzi ilə müqavilə mövcud deyilsə və ya seçilən tarixlərdə boş yer yoxdursa, alternativ variantlar təklif olunur.
Qeyd edək ki, Mərkəz fəaliyyətə başladığı 25 noyabr 2024-cü ildən indiyədək 22 mindən artıq müraciət qəbul olunub və 15 mindən çox yollayış verilib. Digər müraciətlər hazırda baxılmaqdadır.
Yollayışların verilməsində tətbiq olunan bu yeniliklər növbəlilik prinsipinə əsaslanmaqla sanator-kurort xidmətlərinin keyfiyyətinin artırılmasına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə xidmət edir.

























































