Menu
Xəbər Lenti
Yenidən spiker seçildi
27-05-2025, 09:02

Yenidən spiker seçildi

DOSTUN EŞQİNƏ
26-05-2025, 09:48

DOSTUN EŞQİNƏ

27 May 08:56Manşet / Cəmiyyət

Azərbaycanda bir günə rekord evlilik - 25.05.2025

azerbaycanda-bir-gune-rekord-evlilik

Mayın 25-də, yəni 25.05.2025 tarixində Azərbaycanda qeydə alınan nikahların sayı adi günlərlə müqayisədə kəskin artıb.

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, həmin gün ölkə ərazisində ümumilikdə 496 nikah rəsmiləşdirilib.

Belə ki, bu rəqəm il üzrə orta gündəlik göstəricidən xeyli yüksəkdir. Məsələn, 2025-ci ilin ilk üç ayında Azərbaycanda 11 min 206 nikah qeydə alınıb. Bu isə gündə orta hesabla 124 nikah deməkdir. 25 mayda isə bu göstərici dörd dəfə artaraq 496-ya çatıb.

Əvvəlki illərin statistikasına baxdıqda da fərq nəzərə çarpır. 2024-cü ildə ölkədə ümumilikdə 49 508 nikah bağlanıb. Bu, gündə orta hesabla 135 nikah deməkdir. 2023-cü ildə isə günə orta hesabla 149 nikah bağlanıb.

Qeyd edək ki, simvolik tarixlərdə nikahların sayının artması dünyada da müşahidə olunan tendensiyadır. Rəqəmlərin təkrarı və simmetriyası ilə seçilən 25.05.2025 tarixi bəzi cütlüklər tərəfindən uğurlu, eyni zamanda yadda qalan gün kimi qiymətləndirilir.