Menu
Xəbər Lenti
Yenidən spiker seçildi
27-05-2025, 09:02

Yenidən spiker seçildi

DOSTUN EŞQİNƏ
26-05-2025, 09:48

DOSTUN EŞQİNƏ

27 May 18:07Manşet / Gündəm / Sosial

"Tuana" Estetik Mərkəzində fəaliyyət göstərən Esmira İbrahimli barəsində ciddi araşdırmalar başlanıb – iddialar nə qədər doğrudur?

 

Son günlər mediada geniş müzakirə olunan və cəmiyyətin diqqətini çəkən məsələlərdən biri, "Tuana" Estetik Mərkəzində fəaliyyət göstərən Esmira İbrahimli barəsində aparılan araşdırmalarla bağlıdır. Redaksiyamıza daxil olan məlumata əsasən, artıq  barəsində ilkin araşdırmalara başlanaılıb və prosesin hüquqi çərçivədə davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bir müddət əvvəl müxtəlif dövrü mətbuat orqanlarında Esmira İbrahimlinin fəaliyyəti ilə bağlı çoxsaylı tənqidi yazılar dərc olunmuşdu. Bu materiallarda əsasən pasiyent narazılıqları, tibbi xidmət keyfiyyəti və etik standartlara əməl olunmaması ilə bağlı ittihamlar yer almışdı. Hətta yayılan məlumatlara görə, bir neçə vətəndaş "Tuana" Estetik Mərkəzinə polisin müşayiəti ilə gələrək rəsmi şəkildə Esmira İbrahimlidən narazılıqlarını ifadə ediblər.

Maraqlısı budur ki, həmin dövrdə yaranmış gərginlik fonunda həkimin nə iş yerində, nə də telefon əlaqələrində əlçatan olmaması əlavə suallar doğurub. Əgər hər hansı bir təqsir və ya məsuliyyətsizlik yoxdursa, o zaman niyə Esmira İbrahimli bu proseslərdən yayınmağa çalışır? Bu, həm hüquqi, həm də ictimai baxımdan izaha ehtiyac duyan məqamdır.

Digər tərəfdən, "Tuana" Estetik Mərkəzində çalışan Esmira İbrahimlinin ixtisas və peşə fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyinə ünvanlanan rəsmi sorğuya da artıq 3 ay keçməsinə baxmayaraq, hələ də cavab verilməyib. Bu da cəmiyyətdə haqlı olaraq şəffaflıq və məsuliyyət prinsipləri ilə bağlı narahatlıqlar doğurur. Xüsusilə də estetik tibb sahəsində insan sağlamlığı və həyatına birbaşa təsir göstərən amillər nəzərə alındıqda, belə məsələlərə nəzarət daha ciddi olmalıdır.

Bütün bu proseslər fonunda qeyd edilməlidir ki, hər bir şəxs kimi Esmira İbrahimlinin də öz mövqeyini bildirmək hüququ var və qarşı tərəfin mövqeyinə hörmətlə yanaşmaq prinsipi jurnalist etikasının tələblərindəndir. Lakin ortada vətəndaşların konkret şikayətləri, cavabsız suallar və araşdırılmamış məlumatlar varsa, hüquq-mühafizə orqanlarının və aidiyyəti dövlət qurumlarının bu məsələni diqqətlə araşdırması vacibdir.

İctimai maraq doğuran bu məsələnin ədalətli və şəffaf şəkildə araşdırılması, həm vətəndaşların hüquqlarının qorunması, həm də tibb sahəsində fəaliyyət göstərən şəxslərə olan inamın bərpa edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Aldığımız məlumata əsasən bir nüansı da nəzərinizə çatdırırıq ki, Esmira İbrahimli fəaliyyətini hələ də davam etdirməkdədir.

Davamı var...

Merhemet.tv