Menu
Xəbər Lenti
Tramp onları əfv etdi
Bugün, 06:32

Tramp onları əfv etdi

Yaşıd başdaşları...
28-05-2025, 17:40

Yaşıd başdaşları...

Yenidən spiker seçildi
27-05-2025, 09:02

Yenidən spiker seçildi

DOSTUN EŞQİNƏ
26-05-2025, 09:48

DOSTUN EŞQİNƏ

28 May 17:40Manşet / Gündəm / Mədəniyyət

Yaşıd başdaşları...

Yaşıd başdaşları...

Şəhidlər xiyabanını ürəyim istəyir, Ora Allahla ünsiyyətdə, dialoqda olmağın ən əlverişli məkanıdı. Özü ilə olmağın, “Nə edirəm?” “ Necə edirəm?” deməyin, içindəki mübahisəli “mənin”, alovlu “mənə” çevrilməyin ən gözəl nöqtəsidi. Qəbir daşlarrını saymazlar, heç bu fikrim də yoxdu... Bəs qədərdi... Baş əyirəm başdaşlarına. Onlar o döyüşlərdə döyüşməyəcəkləri, döyüşüb ölüməyəcəkləri halda yaşaya bilməyəcəklərini dərk edənlər idi. Fərqimiz bundadı. Onlar bu döyüşlərdən sağ qayıtmamaq üçün vuruşanlar idi! Fərqimiz yenə bunda və mən onların ad-soyadlarını öyrənməkdən çox, saylarının çoxluğuna- “Qeyrət” sözünü söz kimi yox, yaşam kateqoriyası, atribut və kredo kimi daşıyanların çoxluğuna sevinirəm!
Məhz onlar çoxlarından qabaq dərk etmişdilər ki, qələbədən başqa hər hansı vəziyyətdə Onlar başını dik tutub gəzə bilməyəcəklər. Onun üçün də başlarının daşını dikəltdilər! Onlar əmin oldular ki, Ağdamın, Füzulinin, Zəngilanın, Laçının... Şuşanın düşməndə qalmağı kişilikdən deyil. Bunu həqiqətən belə hesab etdikləri üçün ölənəcən döyüşdülər. Bununla da sübut etdilər, biz xalq kimi qələbə haqqına layiqik. Qisas borcunu üzərimizdən götürdülər. Onlar bunu da sübut etdilər ki, Kişi həmişə qələbə haqqını özündə saxlamalıdı...
Salam, mənim qardaşlarım! Salam, başdaşını Qeyrət ağacı tək məzarının üzərində əkib qanları ilə cücərdən, boy atdıran qardaşlarım... Salam, “biz öldük, amma zəfər çaldıq, qələbə bizimdir” deyərək örnək göstərən mübariz soydaşlarım! Sizinlə birgə ölməmək yalnız o halda qaxınc olmaz ki, Siz şəhid olan torpaqlara sahib biz olaq, qoruyaq, əzizləyək, tikək, quraq, əkək, becərək!
Yaşıd başdaşları... Ona görə ki, şəhidin yaşı olmur...


Hürü Hacızadə
Yazıçı-publisist