Xəbər Lenti
15-08-2026, 17:24
Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
15-08-2026, 12:04
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
Almaniya və Ukrayna saziş imzaladı
Almaniya və Ukrayna Müdafiə nazirliklərinin rəhbərləri Boris Pistorius və Rustem Umerov Ukraynada uzaqmənzilli silahların istehsalının Berlin tərəfindən maliyyələşdirilməsinə dair saziş imzalayıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya departamenti məlumat yayıb.
“Pistorius və onun ukraynalı həmkarı Berlində Ukraynada uzaqmənzilli silahların istehsalının maliyyələşdirilməsinə dair saziş imzalayıblar. Bundan əlavə, Ukrayna ilə Almaniyanın müdafiə sənayesi arasında müqavilə bağlanıb”, - deyə məlumatda bildirilir.
Pistorius həmçinin Kiyevə 5 milyard avro məbləğində hərbi dəstək vəd edib.























































