Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
Pulsuz ayrılmalı olan məzar yerləri FANTASTİK QİYMƏTLƏRƏ satışa çıxarılır - RƏSMİ AÇIQLAMA
Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal dialoq və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir
Xeyriyyəçilik nümunəsi: Zeferyolu.az saytının rəhbəri Jalə Ağakişiqızından növbəti humanist təşəbbüs
Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş etdi

London–Sinqapur marşrutu üzrə uçuş həyata keçirən “Qantas Airlines” aviaşirkətinə məxsus hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub.
“Airbus A380” tipli təyyarə saat 07:55-də Bakı vaxtı ilə uğurla eniş edib.
Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda sərnişinin səhhəti ilə bağlı zəruri tibbi qiymətləndirmə və müşahidə prosesi davam etdirilir.
Qeyd edək ki, “Airbus A380” — qlobal hava nəqliyyatında ən iri sərnişin təyyarəsi hesab olunur. İki göyərtəli və dörd mühərrikli bu hava gəmisi yüzlərlə sərnişin daşımaq imkanına malikdir və yalnız xüsusi texniki standartlara cavab verən beynəlxalq hava limanlarında eniş edə bilir.























































