Yevlax Mədəniyyətinin ilk qadın kamança ifaçısı Hüseynova Sürəyyə Hüseyn qızı ilə görüş təşkil-Foto
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"
1995-ci ildə banda yaratdı, 3 nəfəri öldürdü, quldurluq etdi - 30 il sonra məhkəmədə
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
Məktəbəhazırlıq səviyyəsi məktəbəqədər təhsilə aid edilməlidir – Şahin Seyidzadə
Bu gün məktəbəqədər təhsil uşaqların təxminən 30 %-ni əhatə edir və 2026-cı ilin sonunadək bunun 50 %-ə çatdırılması məqsəd qoyulmuşdur. Müzakirə olunan qanuna dəyişikliklər məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirməyə imkan yaradacaqdır. Eyni zaman qanunda təqdim olunmuş dəyişikliklər kazusun üzə çıxmasına şərait yaradır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Şahin Seyidzadə komitənin bu gün keçirilən iclasında “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, gələcəkdə belə bir kazusla üzləşməmək üçün bir neçə qanunlarda dəyişiklik edilməsinə ehtiyac yaranır:
"“Təhsil haqqında” Qanuna görə, məktəbəhazırlıq mərhələsi ümumi təhsil pilləsinə daxildir, məktəbəqədər təhsil pilləsinə daxil deyil. Bir tərəfdən qanunda məktəbəhazırlıq mərhələsi ümumitəhsil pilləsinə daxildir, digər tərəfdən məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə məktəbəqədər təhsilin təşkili qaydasında məhz məktəbəhazırlıq mərhələsinin qeyd edilməsi bir kazus yaradır. Yəni bir qanun görə bu ümumtəhsil pilləsinə aiddir, digər qanun və təqdim olunan dəyişikliklər uyğun məktəbəhazırlıq məktəbəqədər təhsilə aid olunur".
"Bildiyimiz kimi məktəbəhazırlıq təhsil mərhələsi bu gün 100% əhatə olunmur və icbari deyil. Bu günki qanunvericiliyə uyğun olaraq məktəbəhazırlıq ümumi orta təhsil səviyyəsinə daxil olduğu zaman bu müvafiq Konstitusiya maddəsi ilə də kazus yaranır. Yəni Konstitusiya uyğun olaraq orta təhsil icbaridir, o zaman ümumi orta təhsil pilləsinin məktəbəhazırlıq səviyyəsi də icbari olmalıdır. Ümumiyyətlə isə, “məktəbəhazırlıq” termininin mahiyyəti məhz ümumi orta təhsilə qədər olan dövrü əhatə edir. Yəni məktəbəhazırlıq təhsili ümumi orta təhsil pilləsinə daha çox yox, məktəbəqədər pilləsinə daxil etmək doğru olardı. Bu dəyişikliyi etməklə, yuxarıda qeyd olunan kazus aradan götürüləcəkdir", - deyə Şahin Seyidzadə əlavə edib.