11 iyun 2025-ci il tarixdə Mərkəzi Kitabxana Sistemində Respublikanın Əməkdar Mədəniyyət İşçisi Zöhrə Adgözəlovanın “ Yada düşər xatirələr” rublikası altında 70-ci illər Yevlax Mədəniyyətinin ilk qadın kamança ifaçısı Hüseynova Sürəyyə Hüseyn qızı ilə görüş təşkil olundu.
Turkdunyasi.az xəbər verir ki, görüşdə şəhər ictimaiyyəti nümayəndələri və Mədəniyyət işçiləri iştirak edirdilər.Tədbiri giriş sözü ilə Zöhrə Adgözəlova açaraq tədbirin mahiyyəti barədə qonaqları məlumatlandırdı.Sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xarəsi bir dəqiqəlik sükutla yad edildi.
Aparıcı Zaur Qurbanov ilk musiqi nömrəsini elan etdi.Tarda Şakir Qədirov, kamança İlqar Nəcəfov, səkkizinci muğam müsabiqəsinin lauriatı, xanəndə Sabir Hüseynovun ifaları tədbirə xoş əhval ruhiyyə yaratdı. Mügənnilər Xan Quliyev, Ruslan Quliyevin ifalarını tədbirə yeni rəng qatdı.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Yevlax şəhəri üzrə Nümayəndə Günel Cəfərova, şəhər Mədəniyyət Mərkəzinin direktoru Aygun Qasımova və digər natiqlər Vahid Şırınov, bəstəkar şairə Sevinc Mansurova, musiqiçilər Rəşid Bağırov,Vüsalə Səfərəliyeva, Fatma Nəbiyeva, Xalq Teatrının rejissoru Leyla Abdullayeva çıxış edərək Sürəyyə xanıma can sağlığı və yaradıcılıq uğurları arzuladılar.
Sonra Sürəyyə xanima söz verildi.Sürəyyə xanım sevinc göz yaşları ilə fikirlərini dilə gətirdi. Ona göstərilən ehtimada görə əməyi keçən hər kəsə,ən öncə tədbirin təşkilatçısı Zöhrə Adgözəlova öz təşəkkürünü bildirdi. Sevdiyi kamanı ilə gözəl müsiqi ifalarını tamaşaçılara ərməğam etdi.Sonda tədbir içtirakçıları Respublikanın Əməkdar Mədəniyyət İşçisi Zöhrə Adgözəlovanın təşkilatçılığı ilə ərsəyə gələn bu yeni lahiyyə üçün təşəkkür etdilər. Yaddaşlara həkk olunan bir gün hədiyyələr və gül yağışı ilə sona yetdi.Sonda xatirə şəkli çəkildi.










