Xəbər Lenti
1-07-2026, 11:25
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
1-07-2026, 11:16
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
30-06-2026, 11:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Expressbankın İdarə Heyətinə - YENİ TƏYİNAT

"Expressbank ASC”də yeni təyinat baş tutub – Fuad Kamal oğlu Məmmədli Bankın İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı (CFO) vəzifəsinə təyin edilib.
Fuad Məmmədli maliyyə sahəsində 12 illik peşəkar təcrübəyə malikdir. O, bu müddət ərzində bank sektorunda bir sıra məsul vəzifələrdə çalışaraq maliyyə idarəçiliyi sahəsində dərin bilik və praktiki təcrübə qazanıb. Son təyinatdan əvvəl "Unibank”da Baş Maliyyə İnzibatçısının müavini kimi fəaliyyət göstərib.
Qeyd edək ki, o, 2017–2020-cü illər ərzində Expressbankda Maliyyə departamentində çalışaraq, direktor müavini vəzifəsinədək yüksəlib və bankın maliyyə funksiyalarının inkişafında mühüm rol oynayıb.
Fuad Məmmədli ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə alıb, magistr dərəcəsini isə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə tamamlayıb.
Yeni təyinatın Expressbankın maliyyə sabitliyinin və strateji idarəetməsinin daha da gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.




















































