Uğurlu insanlar nəyə görə düyməli telefonlardan istifadə edir - Bilmədiyimizi bilirlər?
“Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı.”
Əlləri və baxışları ilə danışan məzunlar – İnternat məktəbinin duyğusal “Son zəng”i – REPORTAJ
“Zeferyolu.az”-ın rəhbəri Jalə Ağakişiqızı “Son zəng” münasibəti ilə gəncləri təbrik etdi
Prezidentin köməkçisi: Etnik azərbaycanlıların İrana agent kimi yerləşdirilməsi iddiaları absurddur
İranın İsrailə genişmiqyaslı hücumu zamanı ölənlərin və yaralananların sayı artıb
"Yüksələn şir" əməliyyatı başlayandan bəri İranın zərbələri nəticəsində İsraildə ölənlərin sayı 16-ya, yaralananların sayı isə 287-yə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Jerusalem Post" nəşri ZAKA xilasetmə xidmətinə istinadən məlumat yayıb.
İranın İsrailin mərkəzinə son hücumu nəticəsində azı beş nəfər ölüb.
Oxu.Az bu barədə "N12" telekanalına istinadla xəbər verir.
Bildirilir ki, zərbələr nəticəsində azı 87 nəfər yaralanıb, dörd nəfər Petah Tikvada, daha bir nəfər isə Bney Brakda ölüb.
Zərbələr nəticəsində böyük dağıntılar Hayfada da müşahidə olunub.
Xilasedicilər binaların dağıntıları altında qalan insanların axtarışlarını davam etdirirlər.
İranın İsrailin mərkəzinə endirdiyi son raket zərbələri nəticəsində azı üç nəfər ölüb, 67 nəfər xəsarət alıb
Oxu.Az bu barədə "The Times of Israel" qəzetinə istinadla xəbər verir.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Onlardan birinin vəziyyəti ağır, altısının isə orta ağırdır.
Bundan əvvəl İsrail Müdafiə Ordusu İrandan İsrail ərazisinə raket buraxılışını qeydə aldığını bəyan etmişdi.