Menu
Xəbər Lenti
25 Haz 13:08Manşet / Cəmiyyət

Bu yollarda 4 gün məhdudiyyət olacaq

bu-yollarda-4-gun-mehdudiyyet-olacaq

Sabah saat 08:00-dan 29 iyun saat 22:00-dək paytaxtın bəzi ünvanlarında yol təmir işləri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Həmin ünvanlar aşağıdakılardır:

- Səbail rayonu, Badamdar şosesi (20-ci Sahə dairəsindən Şahlar Allahverdiyev küçəsinin kəsişməsinə qədər);

- Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi (Konservatoriyanın qarşısı) və Səməd Vurğun küçəsi (Türkiyə Cümhuriyyəti Səfirliyinin qarşısı);

- Binəqədi rayonu, Ziya Bünyadov prospekti (yan yol, Atatürk prospektindən - Azadlıq prospektinə qədər);

- Nərimanov rayonu, Ziya Bünyadov prospekti (yan yol Azadlıq prospektindən İbrahimpaşa Dadaşov küçəsinə qədər) və Ziya Bünyadov prospekti (Zaur Nudirəliyev küçəsindən Ağasadıq Gəraybəyli küçəsinə qədər);

- Nizami rayonu, Musa Əliyev və Oqtay Vəliyev küçələri (hissə-hissə);

- Yasamal rayonu, Akim Abbasov küçəsi (Həsən bəy  Zərdabi küçəsindən Şəfayət Mehdiyev küçəsinə qədər). 

Məlumatda bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır. Xahiş olunur ki, hərəkətinizi əvvəlcədən planlayasınız və müvəqqəti dəyişiklikləri nəzərə alasınız.