Xəbər Lenti
11-08-2026, 14:43
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
Azərbaycan polisi and içir

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Polis Gününə və 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov buradan məzun olan gənc polislərin qarşısında çıxış edib. Nazir məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib, eləcə də bu təhsil müəssisəsini baş leytenant rütbəsi ilə bitirmiş məzunlara fərqlənmə diplomlarını təqdim edib.
Daha sonra məzunlar Vətənə və xalqa şərəflə xidmət edəcəklərinə and içiblər.



























































