Xəbər Lenti
11-08-2026, 14:43
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
Bilgəh çimərliyində boynu sınan gənc öldü

Bakıda çimərlikdə ağır xəsarət alan gənc vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyunun 14-ü Bilgəh qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini 2003-cü il təvəllüdlü Fuad Fəyyaz oğlu Musayev suya tullanarkən ehtiyatsızlıqdan xəsarət alıb.
Xəstəxanaya çatdırılan 22 yaşlı oğlanın boyun fəqərələrinin sındığı və sinirlərinin zədələndiyi məlum olub.
Tibbi yardıma baxmayaraq, F.Musayev iyulun 1-i xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Aslan Vəliyev























































