"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Dünən nə danışdıqları məlum oldu

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, liderlər arasındakı söhbət təxminən bir saat davam edib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, danışıq zamanı Tramp Ukraynada hərbi əməliyyatların mümkün qədər tez dayandırılması məsələsini qaldırıb, Putin isə Moskvanın Ukrayna ilə danışıqlar prosesini davam etdirməyə hazır olduğunu bəyan edib. Rusiya Prezidenti, həmçinin qeyd edib ki, Moskva münaqişənin səbəblərini aradan qaldırmaq üçün öz məqsədlərindən geri çəkilməyəcək.
Uşakov vurğulayıb ki, onlar Amerikanın Ukraynaya silah tədarükünün dayandırılması mövzusunu və Moskva ilə Kiyev arasında danışıqların üçüncü raundunun tarixini müzakirə etməyiblər.
Müzakirə olunan mövzulara Suriya, İran və bütövlükdə Yaxın Şərqdəki vəziyyət də daxil edilib.






















































