Xəbər Lenti
19-03-2026, 08:10
200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
18-03-2026, 09:13
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
18-03-2026, 08:08
Pulsuz ayrılmalı olan məzar yerləri FANTASTİK QİYMƏTLƏRƏ satışa çıxarılır - RƏSMİ AÇIQLAMA
16-03-2026, 11:44
Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal dialoq və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir
“Putinlə apardığım söhbətdən çox məyus oldum”

“Rusiya Prezidenti Vladimir Putinlə apardığım söhbətdən çox məyus oldum”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Putinlə telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəs istiqamətində heç bir irəliləyiş əldə etməyib və Rusiya lideri Ukraynaya qarşı apardığı müharibəni dayandırmaq niyyətində deyil:
“Danışıq zamanı heç bir irəliləyiş əldə etmədim. Onun dayanmaq istəmədiyini düşünürəm və bu, çox pisdir. Bir çox məsələləri müzakirə etdik, o cümlədən İran barəsində də danışdıq. Amma mən bu gedişatdan məmnun deyiləm”.
Tramp, həmçinin bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışmağı planlaşdırdığını da bildirib.























































