Xəbər Lenti
Dün, 07:42
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Dün, 07:28
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
2-02-2026, 17:36
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
2-02-2026, 08:45
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
14 ildən sonra münasibətləri bərpa etdilər

Böyük Britaniya 14 illik fasilədən sonra Suriya ilə diplomatik əlaqələri bərpa edib.
“Qafqazinfo” xəbər verir ki, bu, Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin Suriyaya səfəri vasitəsilə baş tutub.
Bildirilib ki, XİN başçısı buraya ilk səfəri çərçivəsində Suriya hökumətinə beynəlxalq öhdəliklərini yerinə yetirməkdə dəstək verəcək.
Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, prezident Əhməd əş-Şaraa paytaxt Dəməşqdə İngiltərənin xarici işlər naziri Lammini qəbul edib.
Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybaninin də iştirak etdiyi görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın gücləndirilməsi yollarını, regional və beynəlxalq hadisələri müzakirə ediblər.






















































